“e-Sosial” portalından qeydiyyatdan keçənlərin sayı 2,7 milyonu ötüb

“e-Sosial” portalından qeydiyyatdan keçənlərin sayı 2,7 milyonu ötüb

Hazırda oxunan: “e-Sosial” portalından qeydiyyatdan keçənlərin sayı 2,7 milyonu ötüb

594612

""E-Sosial"portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb".

Bizim.Media xəbər verir ki, bu sözləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov bu gün keçirilən mətbuat konfransında qeyd edib.
 

"“e-Sosial” portalı və mobil tətbiqi təkmilləşdirilərək portal üzərindən müraciətlərin statusunun izlənməsi, əməkhaqqı kalkulyatorundan istifadə mümkün olub. Həmçinin portalda süni intellekt əsaslı “iDOST" köməkçi botu sorğuların cavablandırılması və birbaşa xidmət keçidlərinə yönləndirmə funksiyaları ilə istifadəçilərin ixtiyarına verilib. Hazırda portalda və mobil tətbiqdə istifadədə olan “Sənə özəl” menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya ilə bağlı məlumatları tam əlçatan edir"


Açıqlamada bildirilib ki, tətbiq daxilindəki rəqəmsal barkod və QR kod sistemi pensiyaçılara, müavinət və təqaüd alan şəxslərə tərəfdaş market, aptek və klinikalarda real endirimlərdən yararlanmağa imkan verir.

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO