Bu kəndin məktəbi 2026-cı ili də odun peçi ilə keçirəcək – Regional təhsil idarəsindən AÇIQLAMA

Bu kəndin məktəbi 2026-cı ili də odun peçi ilə keçirəcək – Regional təhsil idarəsindən AÇIQLAMA

Hazırda oxunan: Bu kəndin məktəbi 2026-cı ili də odun peçi ilə keçirəcək – Regional təhsil idarəsindən AÇIQLAMA

594494

Saatlı rayonunun Məzrəli kəndində orta məktəbin odun peçi ilə qızdırıldığını xəbər vermişdik. Həmçinin məktəbin təmirsiz olduğuna, sinif otaqlarının zəif işıqlandırılmasına diqqət çəkmişdik.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media -ya bildirildi ki, Saatlı rayonu Məzrəli kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdardırlar.

Adıçəkilən təhsil müəssisəsinin tikintisi və ya əsaslı təmir olunması ilə bağlı məsələ qeydiyyata alınıb.

Təhsil müəssisəsinin istilik təminatı ilə bağlı məsələyə gəlincə isə qeyd edilib ki,  uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib. 

“Ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirilməsi prosesi təmin olunur. Saatlı rayonu Məzrəli kənd məktəbi də daxil olmaqla, hazırda az sayda təhsil müəssisələrində odun sobalarından istifadə olunur və dərslərin keçirilməsi üçün tələb olunan normal temperatur rejimi tam təmin edilir”.

Qeyd edək ki, adıçəkilən kənddə digər məktəblər qazla təmin olunub. Ümid edirik ki, sözügedən məktəb də yaxın gələcəkdə zamanla ayaqlaşaraq modern istilik sistemi ilə təmin ediləcək.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO