Göygöldə dərədən orta yaşlı kişi meyit tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Molla Cəlilli kəndində qeydə alınıb.
1986-cı il təvəllüdlü kənd sakini Saqib Quliyevin meyiti kəndin ərazisində dərədə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu






























































































