Çin avtomobili aldı, qüsurlu çıxdı — Maşın özünü divara çırpır – VİDEO

Çin avtomobili aldı, qüsurlu çıxdı — Maşın özünü divara çırpır – VİDEO

Hazırda oxunan: Çin avtomobili aldı, qüsurlu çıxdı — Maşın özünü divara çırpır – VİDEO

594422

Bakı sakini rəsmi servisdən aldığı ''Lİ-9'' markalı avtomobilinin avto-parkinq rejminin nöqsanlı olduğunu iddia edir. Çünki maşın avto-parkinq rejmi ilə qaraja daxil olan zaman maneyə çatanda dayanmayıb və divara çırpılıb.

Bizim.Media Xezerxeber.az-a istinadən xəbər verir ki, bu hadisə paytaxt sakini Söhrab Cabbarovun başına gəlib.

Sürücü iddia edir ki, Çin istesahlı olan ''Lİ-9'' markalı avtomobili özlərini rəsmi diler kimi təqdim edən şirkətdən alıb. Özü də bazar qiymətindən baha alıb ki, servis zəmanəti var.

Qəza anı həm avtomobilin video-qeydiyyat cihazına, həm də həyətdə olan müşahidə kamerasına düşüb.

Sürücü iddia edir ki, avtomobildəki avto-parkinq rejmi istehsalçı tərəfindən nöqsanlı olub. Yəni işləmədiyindən qəza baş verib. Onun sözlərinə görə, avto-parkinq funksiyasından istifadə etdikdə, avtomobil əvvəlcə qarajda yerini müəyyən edib daha sonra hərəkətə başlayıb. Amma qaraja daxil olandan sonra dayanmayıb. Nəticədə ona təxminən 3200 manat ziyan dəyib.
 

Məsələ ilə bağlı avtomobilin alındığı ''Əfəndilər Qrup"dan da mövqe öyrəndik. Şirkətin təmir-bərpa şöbəsinin müdiri Cəlal İmanov ''Xəzər Xəbər''ə bildirdi ki, avtomobildə avto-parkin rejimində problem yoxdur və belə olduqda servis qaydalarına əsasən zərər qarşılanmır.


Cəlal İmanov rəsmi diler məsələsinə də aydınlıq gətirdi. Şöbə müdiri dedi ki, onların şirkəti ötən ilin dekabr ayından ''Lİ''nin Azərbaycanda rəsmi dileridir və açılış mərasiminə istehsalçı zavodun rəsmiləri də qatılıblar.

Zərərçəkmiş Söhrab Cabbarov isə deyir ki, şirkət ona dəymiş zərəri ödəməsə, məhkəməyə müraciət edəcək.

Bizim.Media Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO