Bakıda 64 yaşlı kişi dəm qazından boğulub.
Bizim.Media xəbər verir ki, hadisə fevralın 3-də axşam saatlarında paytaxtın Xətai rayonunda baş verib.
1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media
































































































