Firəngiz Qasımova VƏFAT ETDİ - FOTO

Firəngiz Qasımova VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: Firəngiz Qasımova VƏFAT ETDİ - FOTO

594073

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğrafiya üzrə elmlər namizədi Firəngiz Eyyub qızı Qasımova vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Qeyd edək ki, Firəngiz Qasımova 30 mart 1959-cu ildə Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub.

O, 1966–1976-cı illərdə Zirə qəsəbəsi 120 saylı orta məktəbdə təhsil alıb, 1976–1978-ci illərdə texniki məktəbi bitirib. 1980–1986-cı illərdə BDU-nun Coğrafiya fakültəsində ali təhsil alıb, 1987–1989-cu illərdə isə Xarici Dillər Universitetinin nəzdində “Ərəb dili” kursunu bitirib.
 

Firəngiz Qasımova 1980-ci ildən etibarən BDU-da əmək fəaliyyətinə başlayıb, uzun illər İqtisadi və sosial coğrafiya, 2007-ci ildən isə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedralarında çalışıb. 2007-ci ildə “Abşeron iqtisadi rayonunun şəhər tipli yaşayış məntəqələrinin inkişafının iqtisadi və sosial təhlili” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.


Elmi fəaliyyəti dövründə 55 elmi məqalənin, o cümlədən 1 dərsliyin, 2 monoqrafiyanın və 7 tədris proqramının müəllifi olub. Onun tədqiqatları əsasən Azərbaycanın regionlarının sosial və iqtisadi-coğrafi problemlərinə həsr edilib. Firəngiz Qasımova ölkə daxilində və xaricdə keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və elmi tədbirlərdə fəal iştirak edib.

Allah rəhmət eləsin!


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO