Bakı Konqres Mərkəzi 3-cü dəfə Avropanın ən yaxşı konqres mərkəzi seçildi

Bakı Konqres Mərkəzi 3-cü dəfə Avropanın ən yaxşı konqres mərkəzi seçildi

Hazırda oxunan: Bakı Konqres Mərkəzi 3-cü dəfə Avropanın ən yaxşı konqres mərkəzi seçildi

59382

Maliyyə Nazirliyinin tabeliyindəki Bakı Konqres Mərkəzi “Görüşlər Ulduzu 2021" ("Meetings Star Award") mükafatının Yeni Avropada “Ən yaxşı konqres mərkəzləri” nominasiyası üzrə qalib olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, həmçinin 29 məşhur konqres mərkəzi arasında aparılan qiymətləndirmə nəticəsində yüksək nəticə ilə “Qızıl Konqres Mərkəzi” kateqoriyasında yer alıb.

Tədbirlər sənayesinin məşhur nümayəndələri beynəlxalq “Kongres” jurnalının keyfiyyət qiymətləndirmə sisteminə əsasən (tədbir məkanı, davamlılıq, akustika və səs sistemləri, kommunikasiya, müştəri xidmətləri və sair) müxtəlif nominasiyalar üzrə qiymətləndirilib.

“Conventa” layihəsi çərçivəsində keçirilən müsabiqədə qalib “Gizli Konqres Qonağı” kimi tanınan alqoritm vasitəsilə seçilib. Bakı Konqres Mərkəzi 2019-cu və 2020-ci illərdə də eyni nominasiya üzrə qalib olub.

Məlumat üçün bildirək ki, "Conventa" layihəsi Avropada geniş təcrübəyə və tədbirlər sənayesindəki trendləri təqdimetmə potensialına malik yeganə platformadır.

Layihənin “Görüşlər Ulduzu Mükafatı” tədbir məkanlarının qiymətləndirilməsində ən populyar və etibarlı meyar hesab olunur.

Artıq 3-cü dəfədir ki, Avropanın ən yaxşısı seçilən Bakı Konqres Mərkəzi ümumi tutumu 6 min nəfər olan və müasir avadanlıqlarla tam təchiz edilmiş 17 konfrans və əsas auditoriya zalına malik beynəlxalq səviyyədə istənilən növ tədbirlərin keçirilməsi üçün bütün texniki parametrlərə cavab verən innovativ tədbirlər məkanıdır.
Mərkəzdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, Dünya Dini Liderlərinin ll Bakı Sammiti, BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası və s. kimi irimiqyaslı tədbirlər keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO