Rusiya Qarabağa daha 35 vaqon humanitar yardım göndərdi

Rusiya Qarabağa daha 35 vaqon humanitar yardım göndərdi

Hazırda oxunan: Rusiya Qarabağa daha 35 vaqon humanitar yardım göndərdi

5937

Rusiya Qarabağa daha 35 vaqon humanitar yardım göndərib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu dəmir yolu ilə Dağlıq Qarabağa göndərilən yüklərin ən böyüyüdür:

"Dağlıq Qarabağda zərərçəkənlərə paylanması üçün  Rusiyadan otuz beş vaqon humanitar yardım gətirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri bu günə qədər 9 vaqon və 5 platforma boşaldıblar",- deyə məlumatda qeyd edilib.

Qeyd edilib ki, daha 5 yanğınsöndürmə tankeri, 4 UAZ avtomobili, 10 dizel generatoru, 280 kubmetr tikinti materialı və təxminən 35 min ev aksesuarı da daşınmağa hazırdır. Ümumilikdə isə 250 tondan çox yükün boşaldıldığı vurğulanıb.

"Sözügedən avadanlıq və ev əşyaları Rusiya Fövqəladə Hallar Nazirliyinin 25 yük maşını ilə Stepanakertə (Xankəndi-red) çatdırılacaq. Daha sonra bunlar bölgələr arasında paylanacaq",- deyə əlavə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO