Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə 18 il HƏBS VERİLDİ

Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə 18 il HƏBS VERİLDİ

Hazırda oxunan: Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə 18 il HƏBS VERİLDİ

593623

Salyan rayonunda qonşuya məxsus evə qeyri-qanuni yolla daxil olaraq 13 yaşlı qıza təcavüz edən şəxsə hökm oxunub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində İmran Babayevə (şərti ad-soyadlı) hökm oxunub.

O, Cinayət Məcəlləsinin 150.3.3, 153.1, 157.1 və 180.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri, əxlaqsız hərəkətlər, mənzil toxunulmazlığını pozma və soyğunçuluq) maddələri ilə təqsirli bilinərək
18 il həbsə məhkum edilib.
 

Bildirilib ki, hadisə 2025-ci ilin avqustun 7-si baş verib. Həmin gün 1996-cı il təvəllüdlü İ.Babayev saat 05 radələrində qonşuluqda yaşayan qadının iş yerinə getmək üçün evi tərk etdiyini görərək gizli şəkildə mənzilə daxil olub. Həmin vaxt ev sahibinin 2 yeniyetmə və 1 azyaşlı qızı evdə olub. O, otaqda yatmış qızları oyadaraq çirkin əməllər törədib. Həmçinin ev sahibinə məxsus 1000 manat pulu götürərək uzaqlaşıb.


İ.Babayev gedəndən sonra qızlar hadisə barədə dayılarına məlumat veriblər və dərhal polisə müraciət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO