"Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Konsepsiyanın 2026-2030-cu illər üzrə həyata keçirilməsini nəzərdə tutan Tədbirlər Planının ayrı-ayrı bəndləri ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb. Bu prosesə Ədliyyə, İqtisadiyyat, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, AMEA, eləcə də İçərişəhər və Şuşa Dövlət Qoruqları da cəlb olunub.
Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası da Tədbirlər Planının icrası ilə bağlı müvafiq yarımbəndlər üzrə təkliflərini müəyyən olunmuş müddətlərdə hökumətə təqdim etməlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Konsepsiyanın icrasının monitorinqi və qiymətləndirilməsi üçün Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində xüsusi modulun yaradılması tapşırılıb. Monitorinq və qiymətləndirmə prosesinin 2027-ci ildən etibarən illik əsasda həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirlər Planının əsas icraçı qurumları məsul və cavabdeh şəxsləri müəyyən etməli, illik hədəf indikatorlarını hazırlamalı və layihələr üzrə məlumatları rüblük və illik əsasda elektron sistemə yerləşdirməlidirlər.
Konsepsiyanın icrasının əlaqələndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında İşçi qrup formalaşdırılacaq və ildə iki dəfə icra vəziyyəti müzakirə ediləcək.
Tədbirlər Planında nəzərdə tutulmuş layihələrin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi hallarında Maliyyə və İqtisadiyyat nazirlikləri xərclər barədə məlumatların elektron sistemdə yerləşdirilməsini təmin edəcək.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:19 / 29.01.2026
Əli Əsədovdan YENİ sərəncam
Hazırda oxunan: Əli Əsədovdan YENİ sərəncam
Hazırda oxunan: Əli Əsədovdan YENİ sərəncam
593369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































