Son iki ayda Azərbaycanda 500-ə yaxın adam ad dəyişdirib - RƏSMİ

Son iki ayda Azərbaycanda 500-ə yaxın adam ad dəyişdirib - RƏSMİ

Hazırda oxunan: Son iki ayda Azərbaycanda 500-ə yaxın adam ad dəyişdirib - RƏSMİ

593322

Dekabrın birindən indiyə qədər ad, soyad və ata adını dəyişdirənlərin sayı məlum olub.

Bizim.Media xəbər verir ki, “Trend.az”ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 1 dekabr 2025-ci ildən bu günədək 476 nəfərin barəsində soyadın, adın və ya ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib olunub:

"Onlardan 357-si qadın, 119-u isə kişidir. Adın və ya ata adının dəyişdirilməsi səbəbləri daha çox ərizəçini tərbiyələndirən şəxsin adı ilə ata adı daşımaq arzusu, adın pis səslənməsi, çətin tələffüz olunması və digər səbəblərlə bağlıdır".

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən 1 dekabr tarixinədək 1206 nəfərin adı və ya ata adı dəyişdirilib. Onlardan 849 nəfər qadın, 357 nəfər isə kişi olub.

Eyni zamanda, onlardan 710 nəfər 18-29 yaş, 308 nəfər 30-39 yaş, 107 nəfər 40-49 yaş, 52 nəfər 50-59 yaş aralığında, 29 nəfər isə 60 yaşdan yuxarı şəxslər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO