Bakıda 1 000-ə yaxın avtobus dəyişdirilməlidir

Bakıda 1 000-ə yaxın avtobus dəyişdirilməlidir

Hazırda oxunan: Bakıda 1 000-ə yaxın avtobus dəyişdirilməlidir

593152

Hazırda Bakıda 1 000-ə yaxın avtobusun dəyişdirilməsinə ehtiyac var.

Bizim.Media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər 2030-cu ilə qədər tamamlanacaq:

"Paytaxtda həmin dövrə qədər avtobusların sayının 2 800-ə çatdırılması nəzərdə tutulur. Gördüyünüz kimi, yeni avtobusların rəngi qırmızıdır. Zamanla şəhərdəki ağ rəngdə olan avtobusların sayı azalacaq".

O bildirib ki, avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 400-ə yaxın avtobus gətirilib:

"Ölkə üzrə isə ötən il ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu ildən xüsusi "İctimai nəqliyyat" büdcə fondunun yaradılması və daşıyıcılarla "brutto müqavilə sistemi"nə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO