Gürcüstanda qız qaçıran azərbaycanlı gənclər TUTULDU

Gürcüstanda qız qaçıran azərbaycanlı gənclər TUTULDU

Hazırda oxunan: Gürcüstanda qız qaçıran azərbaycanlı gənclər TUTULDU

593142

Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə 2004-cü il təvəllüdlü N.A. və 2000-ci il təvəllüdlü S.B. adlı şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, N.A. adlı şəxs Marneuli rayonunun kəndlərindən birində 2006-cı il təvəllüdlü U.K. adlı qızı evlənmək məqsədilə qaçırıb.

S.B. adlı şəxs isə qeyd olunan cinayət əməlində iştirak edib.
 

Hüquq mühafizə orqanlarının əməkdaşları hər iki təqsirləndirilən şəxsi cinayət törədildikdən qısa müddət sonra saxlayıblar.


Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Saxlanılan gəncləri təqsirləri sübuta yetiriləcəyi halda 4 ilədək müddətə həbs cəzası gözləyir.(Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO