Bakıda kuryoz OLAY: Oğru yoldaşının evini soydu, hər ikisi də SAXLANILDI – FOTO

Bakıda kuryoz OLAY: Oğru yoldaşının evini soydu, hər ikisi də SAXLANILDI – FOTO

Hazırda oxunan: Bakıda kuryoz OLAY: Oğru yoldaşının evini soydu, hər ikisi də SAXLANILDI – FOTO

592779

Xəzər rayonunda yaşayan 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7.000 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

Bizim.Media xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb.

Araşdırmalar zamanı R.Məlikovun ötən ilin noyabr ayında S.Mahmudovla birgə Binə qəsəbəsində obyektlərin birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub.
 

Lakin R.Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün olmadığını əsas gətirərək qisas almaq məqsədilə S.Mahmudova məxsus evdən oğurluq etdiyini bildirib.


Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO