Ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dəfn edilib.
Bizim.Media xəbər verir ki, mərasimdə mərhumun sənət yoldaşları, yaxınları və digər şəxslər iştirak ediblər.
Mərhum Yeni Suraxanı qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, 74 yaşlı M.Babayeva uzun sürən xəstəlikdən vəfat edib.
Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra uzun illər Milli Gənc Tamaşaçılar Teatrında işləyib.
Teatrda çalışdığı illər ərzində çoxsaylı, rəngarəng obrazlar yaradıb. "Qaraca qız", "Əlvida, Hindistan", "Mənim nəğməkar bibim" adlı tamaşalarda, "Qovğalı kəndinin gecələri", "Günaydın, mələyim!", "Qocalar", "İstanbul reysi", "Şəbəkə", "Bir ovuc torpaq" filmlərində yaratdığı parlaq obrazlarla tamaşaçıların dərin rəğbətini qazanıb.
Aktrisa 10 mart 2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 10 dekabr 2018-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:46 / 25.01.2026
Məsumə Babayeva dəfn edildi
Hazırda oxunan: Məsumə Babayeva dəfn edildi
Hazırda oxunan: Məsumə Babayeva dəfn edildi
592591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































