Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və ev sahibinə məxsus 900 manat, həmçinin 29 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı M. Hüseynova müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı məlum olub.
Araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:49 / 25.01.2026
Yasamalda evdən 29 min manatlıq qızıl oğurlayan qadın TUTULDU
Hazırda oxunan: Yasamalda evdən 29 min manatlıq qızıl oğurlayan qadın TUTULDU
Hazırda oxunan: Yasamalda evdən 29 min manatlıq qızıl oğurlayan qadın TUTULDU
592582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































