Gənc Tamaşaçılar Teatrının aktrisası VƏFAT ETDİ - FOTO

Gənc Tamaşaçılar Teatrının aktrisası VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: Gənc Tamaşaçılar Teatrının aktrisası VƏFAT ETDİ - FOTO

592487

Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda akyor İlham Əsədov məlumat yayıb.

Onun sözlərinə görə aktrisa bu gün vəfat edib. 

Qeyd edək ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. O, gənc yaşlarında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.

Aktrisa 15-ə yaxın bədii filmə çəkilib.

2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO