Günay Ağamalı Ana Vətən Partiyasının SƏDRİ SEÇİLDİ

Günay Ağamalı Ana Vətən Partiyasının SƏDRİ SEÇİLDİ

Hazırda oxunan: Günay Ağamalı Ana Vətən Partiyasının SƏDRİ SEÇİLDİ

592466

Bu gün Ana Vətən Partiyasının IX qurultayı keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalı oğlundan gizli qurultay KEÇİRİR – Partiyada növbəti QALMAQAL – FOTO


Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, AVP sədri Fəzail Ağamalı Qurultayın işinə uğurlar arzulayıb, 2020-ci ildən - 2025-ci ilin sonunadək daxil olmaqla keçən dövr ərzində partiyanın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Daha sonra gündəlikdə duran məsələlərə baxıldı və müvafiq qərarlar qəbul edilib.

Partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalı AVP sədri seçilib.

Ömər Hüseynli partiya sədrinin müavini, həmçinin İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib.

Nizamnamədə bir sıra dəyişikliklər edilib.

Qeyd edək ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu, sədrliyə namizəd Elçin Ağamalı sözügedən qurultayın gizli keçirildiyini və qeyri-legitim olduğunu bildirib.
 

Xatırladaq ki, Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən qurultayında qalmaqal yaşanıb. Belə ki, Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib.


Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib. Lakin Fəzail Ağamalı bu nəticəni tanımayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO