Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər

Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər

Hazırda oxunan: Varikoz və oturaq həyat tərzi olanlara tövsiyə: Zəncəfil kömək edə bilər

592458

Tərkibində gingerol maddəsi olan zəncəfilin tromb əleyhinə təsiri elmi cəhətdən sübut olunub. Bu maddə trombositlərin bir-birinə yapışaraq laxta (tromb) əmələ gətirməsinin qarşısını alır.

Bizim.Media xəbər verir ki, bu barədə Pirogov Universitetinin Daxili xəstəliklər propedevtikası kafedrasının həkimi və dosenti Elvira Xaçirova "Gazeta.ru"ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, zəncəfilin tromb əleyhinə təsiri bir neçə mexanizmlə izah olunur:

"Zəncəfil trombositlərin aqreqasiyasının qarşısını alır. Trombositlər bir-birinə yapışaraq laxta əmələ gətirir, gingerol isə bu prosesi zəiflədir və trombotik kütlənin həcmini azaldır. Lakin nəzərə almaq lazımdır ki, zəncəfilin antitrombotik təsiri yalnız müntəzəm şəkildə qida rasionuna daxil edildikdə özünü göstərir. Birdəfəlik qəbul zamanı isə bu effekt gözlənilmir".

Mütəxəssis qeyd edib ki, zəncəfil orta dərəcədə tromboz riski olan şəxslərin qida rasionuna daxil edilə bilər. Bu qrupa oturaq həyat tərzi sürən insanlar və varikoz xəstəliyindən əziyyət çəkənlər daxildirlər.

Bununla yanaşı, Elvira Xaçirova bəzi kateqoriyalı şəxslərin həkimlə məsləhətləşmədən zəncəfil qəbul etməməli olduqlarını vurğulayıb:

"Artıq antikoaqulyant preparatlar qəbul edən xəstələr, hamilə qadınlar (xüsusilə, üçüncü trimestrdə olanlar), eləcə də mədə-bağırsaq problemləri yaşayan şəxslər zəncəfildən ehtiyatla istifadə etməlidirlər. Kəskin mərhələdə olan mədə xorası kimi xroniki xəstəliklər zamanı isə qanaxma riskinin artması səbəbindən zəncəfilin rasiona daxil edilməsi tövsiyə edilmir".

Sağlam insanlar üçün təhlükəsiz doza kimi həftədə 2-3 dəfə çaya 2-3 dilim təzə zəncəfil əlavə edilməsi məsləhət görülür.

Toz halında zəncəfil istifadə edilərkən isə gündəlik dozanın bir çay qaşığından artıq olmaması tövsiyə olunur. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO