Qusarda dəm qazından ölüm hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İmamqulukənd kəndində baş verib.
Kənd sakini, 22 yaşlı Fəzail Fariz oğlu Əbiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib.
Faktı Qusar rayon prokurorluğu araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu































































































