Bakıda restoranda hesaba görə dava düşdü - VİDEO

Bakıda restoranda hesaba görə dava düşdü - VİDEO

Hazırda oxunan: Bakıda restoranda hesaba görə dava düşdü - VİDEO

592383

Restoranda ad günü məclisi dava ilə bitib. Hadisə paytaxtın Nizami rayonundakı restoranlardan birində baş verib.

Bizim.Media xəbər verir ki, iddialara görə, 35 yaşlı Zəngilan rayon sakini olan şəxs restoranda olarkən söyüş söyüb, nalayiq ifadələr işlədib və ictimai qaydanı pozub.

Restoran nümayəndəsi hadisə ilə bağlı Baku TV-yə açıqlama verib: "10 nəfərlik banket menyusu sifariş etmişdilər. Hər şey yaxşı idi, sonda hesabı gətirəndə mübahisə yarandı. Hesabı ödəməyəcəklərini dedilər. Sonra polislər gəldilər".

İş üzrə izahat verən şəxs isə hər şeyin hesabın artıq gəldiyi üçün baş verdiyini söyləyib.

Qeyd edək ki, həmin şəxs barəsində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Daha ətraflı BakuTV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO