Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub.
Bildirilib ki, qazi Ağdam şəhərinə qayıdan ilk sakinlərdən biri kimi Qarağacı qəbiristanlığında ilk dəfn olunan şəxsdir.
Qeyd edək ki, Ü. Məmmədov 1967-ci ildə Ağdam şəhərində anadan olub. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) yaratdığı 859 saylı batalyonda döyüşüb və 2 dəfə yaralanıb.
O, ötən ilin dekabrında Ağdam şəhərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sakinlərlə keçirdiyi görüşdə iştirak etmiş və dövlət başçısı tərəfindən evlə təmin edilmişdi.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:14 / 23.01.2026
Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO
Hazırda oxunan: Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO
Hazırda oxunan: Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO
592381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































