Ötən gün Yeni Klinikada üzərində ilk robotik cərrahi əməliyyatı aparılan xəstə evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Bizim.Media-ya verilən məlumata görə, robotik cərrahi əməliyyatla xolesistektomiya əməliyyatı olunan 23 yaşlı xəstə 24 saat müşahidə altında həkim nəzarətində saxlanılıb.
Müvafiq müayinələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent yanvarın 23-də sağlam vəziyyətdə evə yazılıb.
Xatırladaq ki, Yeni Klinikada robotik cərrahi əməliyyatların icrasına başlanılıb. Yanvarın 22-də onun üzərində icra olunan robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı uğurla başa çatıb.
Məlumat üçün bildirək ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahı birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksəkdəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini - kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları - joystiklər vasitəsilə dəqiqliklə icra edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:02 / 23.01.2026
Üzərində ilk robotik cərrahi əməliyyatı aparılan xəstə evə buraxıldı
Hazırda oxunan: Üzərində ilk robotik cərrahi əməliyyatı aparılan xəstə evə buraxıldı
Hazırda oxunan: Üzərində ilk robotik cərrahi əməliyyatı aparılan xəstə evə buraxıldı
592359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































