Xarici İşlər Nazirliyində (XİN) geniştərkibli kollegiya iclası keçirilib.
Bizim.Media xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə keçirilən iclasda XİN-in rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak ediblər.
İclasda ölkə Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2025-ci il ərzində Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2026-cı il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və XİN-in fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:06 / 23.01.2026
XİN-də geniştərkibli kollegiya iclası keçirildi - FOTO
Hazırda oxunan: XİN-də geniştərkibli kollegiya iclası keçirildi - FOTO
Hazırda oxunan: XİN-də geniştərkibli kollegiya iclası keçirildi - FOTO
592351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































