Bakıda iynədən ölən kişi özünə inyeksiya edibmiş – TƏFƏRRÜAT/FOTO

Bakıda iynədən ölən kişi özünə inyeksiya edibmiş – TƏFƏRRÜAT/FOTO

Hazırda oxunan: Bakıda iynədən ölən kişi özünə inyeksiya edibmiş – TƏFƏRRÜAT/FOTO

592328

Bakıda iynədən ölən 60 yaşlı kişi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media “Teleqraf.az”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Belə ki, Cəfər Cabbarlı küçəsi 58 ünvanında yaşayan Sabirabad rayon sakini 1966-ci il təvəllüdlü Vüqar Məmmədovun səhhətində problem yaranıb.

Qohumları bildirib ki, o santexnik kimi fəaliyyət göstərirmiş. Hadisə günü isə antibiotiklə birgə hansısa dərmanları qarışdıraraq özünə iynə vurub.
 

Bundan sonra mədəsində ağrı başlayıb, təcili tibbi yardım çağırılıb. Amma təcili yardım gələnə qədər o, dünyasını dəyişib.


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO