Hacıbəy Heydərli: “Dezinformasiya təkcə media problemi deyil, dövlətlərin təhlükəsizlik məsələsidir"

Hacıbəy Heydərli: “Dezinformasiya təkcə media problemi deyil, dövlətlərin təhlükəsizlik məsələsidir"

Hazırda oxunan: Hacıbəy Heydərli: “Dezinformasiya təkcə media problemi deyil, dövlətlərin təhlükəsizlik məsələsidir"

592314

"Dezinformasiya artıq media problemi deyil, təhlükəsizlik problemidir. Dezinformasiya müasir dövrün səssiz silahıdır, informasiya müharibəsi alətidir. Dezinformasiya və "feyk nyus” - ictimai sabitlik və informasiya mühitinə böyük təhdid yaradır”. 

Bizim.Media “Azxeber.com”a istinadən xəbər verir ki, bu sözləri İctimai Televiziyada yayımlanan "Xəbərimiz var” verilişində Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. 

O qeyd edib ki, süni intellektin inkişafı dezinformasiyanın daha rahat yayılmasına gətirib çıxarır: 

"Dezinformasiya dövlətlərin daxili sabitliyini, ictimai etimadı, milli-mənəvi dəyərləri birbaşa hədəf alır. Süni intellektin inkişafı isə dezinformasiyanı daha təhlükəli edir. 

Hacıbəy Heydərli dezinformasiyaya qarşı mexanizmlər haqda da danışıb: 

"Dezinformasiyaya qarşı effektiv mübarizə üçün bir neçə əsas mexanizm vacibdir. İlk növbədə rəsmi qurumlar dezinformasiyaya operativ reaksiya verməli və cəmiyyəti düzgün məlumatla təmin edilməlidir ki, informasiya boşluğu yaranmasın. 
 

Bununla yanaşı, güclü fakt-yoxlama mexanizmləri saxta məlumatların vaxtında ifşasına və ictimai etimadın qorunmasına xidmət edir. 


Eyni zamanda dezinformasiyanın qarşısının alınmasında ən effektiv üsullardan olan media savadlılığının artırılması vətəndaşların dezinformasiyanı tanıma və tənqidi düşünmə bacarığını gücləndirir. 

Bundan başqa sosial platformalarla real əməkdaşlıq dezinformasiyanın yayılma sürətinin azaldılmasına imkan verir. "Tiktok” ilə əməkdaşlıq yüksək səviyyədə olsa da, çox təəssüf ki, "Meta” ilə əlaqələr ürəkaçan deyil. 

Peşəkar medianın qorunması və gücləndirilməsi isə cəmiyyətdə etibarlı informasiya mühitinin formalaşmasının və dezinformasiyanın qarşısının alınmasında əsas şərtdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO