Mədət Quliyevlə Zəhra ayrılıb

Mədət Quliyevlə Zəhra ayrılıb

Hazırda oxunan: Mədət Quliyevlə Zəhra ayrılıb

592308

Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Z.Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. 
 

Bununla əlaqəli tirajlanan xəbər mətnlərində də keçmiş aparıcı sabiq nazir Mədət Quliyevin xanımı kimi təqdim edilsə də, izləyicilər cütlüyün ailə münasibətlərinin bitdiyini, onların rəsmi şəkildə boşandıqlarını qeyd ediblər. 


Zəhra Quliyeva və Mədət Quliyev bir müddət əvvəl ayrılıblar. Birgə nikahdan doğulan övladlar ana ilə qalır, Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır.

Qeyd edək ki, general-polkovnik Mədət Quliyev daha əvvəl müdafiə sənayesi naziri vəzifəsində çalışıb. O, 2023-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO