Şəhid Rəşad Cavadovun xatirəsi yad edildi – FOTO

Şəhid Rəşad Cavadovun xatirəsi yad edildi – FOTO

Hazırda oxunan: Şəhid Rəşad Cavadovun xatirəsi yad edildi – FOTO

592302

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla anılır. Onların göstərdikləri igidlik və fədakarlıq Vətənə sədaqətin ən ali nümunəsi kimi yaddaşlarda yaşayır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəhid Cavadov Rəşad Fərzəli oğlunun şəhadətə ucalmasının ildönümü münasibətilə rayonun Hil kəndində şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunaraq xatirəsi dərin ehtiramla anılıb. 
 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Qusar rayon prokuroru Ceyhun Mirzəyev və digər rəsmilər, şəhidin ailə üzvləri və kənd sakinləri tərəfindən şəhidin Hil kəndində yerləşən xatirə lövhəsi ziyarət edilib. 


Qeyd edək ki, şəhid Cavadov Rəşad Fərzəli oğlu 2001-ci il sentyabrın 1-də  Qusar rayonunun Hil kəndində  anadan olub.

O, 21 yanvar 2021-ci ildə mina partlayışı zamanı şəhid olub, Qusar rayonunun Hil kənd qəbiristanlığında dəfn edilib.

Şəhid Rəşad Cavadov ölümündən sonra Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO