Azərbaycanda İLK – Bu imtahanlar elektron qaydada KEÇİRİLƏCƏK

Azərbaycanda İLK – Bu imtahanlar elektron qaydada KEÇİRİLƏCƏK

Hazırda oxunan: Azərbaycanda İLK – Bu imtahanlar elektron qaydada KEÇİRİLƏCƏK

592285

Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar ilk dəfə elektron qaydada keçiriləcək.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Qeyd edilib ki, eksternat imtahanları 31 yanvar tarixində paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.

Eksternat imtahanlarında iştirak etmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 1 126 nəfər olmaqla, ümumilikdə 1 497 şəxs qeydiyyata alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO