Beş yaşlı uşaq atasının qətli ilə bağlı məhkəmədə ifadə verəcək

Beş yaşlı uşaq atasının qətli ilə bağlı məhkəmədə ifadə verəcək

Hazırda oxunan: Beş yaşlı uşaq atasının qətli ilə bağlı məhkəmədə ifadə verəcək

592218

Ərinin qətlində təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə işini davam etdirib.

Təqsirləndirilənin baldızı Aygün Quliyeva şahid kimi ifadə verib:
 

"Nərgizlə qardaşımın yaxşı münasibətləri var idi. Mübahisələri olsa da, Natiq heç vaxt ona şiddət göstərmirdi. Qardaşım tez-tez içirdi, bundan sonra davalar başlayırdı. Mən heç vaxt qarışmırdım onların münasibətlərinə. Hadisə günü biz - mən, qızım, atam və anam aşağı evdə oturmuşduq. Birdən qardaşımın beş yaşlı oğlu qaça-qaça gəldi ki, anam atamı vurub. Həyətdən qışqırıq səsini eşidib çölə qaçdım, qışqıran anam idi. Mənə dedi ki, gəlin qardaşını vurub. Sonra məndən yod və pambıq istədi. Yuxarı çıxanda qardaşımı qonaq otağında yerdə uzanmış gördüm".


Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan ilk ifadəsi prosesdə elan edilib.

Zərurət yarandığından atasının öldürülməsinin canlı şahidi olan beş yaşlı uşağın prosesdə ifadə verməsi qərara alınıb.

Növbəti proses fevralın 5-nə təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N.Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO