Gəncədə üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
Belə ki, “Opel”, “Ford” və “Hyundai” avtomobilləri toqquşub.
İlkin məlumata görə, qəza zamanı 2000-ci il təvəllüdlü Səyyarə Məmmədova və 1996-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.



Bizim.Media




































































































