Sahil Babayev onu direktor təyin etdi - FOTO

Sahil Babayev onu direktor təyin etdi - FOTO

Hazırda oxunan: Sahil Babayev onu direktor təyin etdi - FOTO

592201

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edilib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə Emin Şahin oğlu Aslanov sözügedən vəzifəyə təyin olunub.

Digər əmrlə Elm-Tədris Mərkəzinin hazırkı direktoru Fuad Ramiz oğlu Nəsirov vəzifəsindən azad edilib.
 

Qeyd edək ki, Emin Aslanov uzun illər ləğv edilən Muğan Bankın "Həyat" filialının müdiri olub. O, 2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Qərbi Kaspi Universitetində "Mühasibat Uçotu" və "Maliyyə" ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilmişdi.


1982-ci ildə anadan olan Emin Aslanov 2018-ci ildə "iqtisad üzrə fəlsəfə doktoru" elmi adını alıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO