153 minlik dələduzluq - 71 yaşlı Nazim Xudaverdiyevin MƏHKƏMƏSİ

153 minlik dələduzluq - 71 yaşlı Nazim Xudaverdiyevin MƏHKƏMƏSİ

Hazırda oxunan: 153 minlik dələduzluq - 71 yaşlı Nazim Xudaverdiyevin MƏHKƏMƏSİ

592197

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə dələduzluqda təqsirləndirilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, məhkəmə sənədlərin tədqiqi mərhələsinin başa çatdığını və məhkəmə istintaqının bitdiyini elan edib.
 

Daha sonra dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Nazim Xudaverdiyevin 8 il azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti proses fevralın 12-nə təyin olunub.


Xatırladaq ki, ittihamda qeyd olunub ki, təqsirləndirilən şəxs “Our Orchards” MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub.

N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO