Robotik cərrahi əməliyyatlar ənənəvi əməliyyatlardan BAHA olacaq

Robotik cərrahi əməliyyatlar ənənəvi əməliyyatlardan BAHA olacaq

Hazırda oxunan: Robotik cərrahi əməliyyatlar ənənəvi əməliyyatlardan BAHA olacaq

592159

Robotik cərrahi əməliyyaların qiyməti ənənəvi əməliyyatlardan baha olacaq.

Bizim.Media xəbər verir ki, bunu Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə bildirib.

Onun sözlərinə görə, istənilən qarın boşluğu əməliyyatını robotik cərrahiyyə vasitəsilə icra etmək mümkündür:
 

"Robotik cərrahiyyə dünyada artıq 20–25 ildir tətbiq olunur. Lakin bu günədək Azərbaycana həmin robot gətirilməmişdi, çünki satış şirkəti ölkəmizi siyahıya daxil etməmişdi. Yeni robotik cərrahiyyə şirkətinin Azərbaycanı satış siyahısına daxil etməsi nəticəsində artıq bu əməliyyatları icra etmək imkanımız yaranıb. Daha əvvəl qarın boşluğunda çoxsaylı əməliyyatlar keçirmiş və onkoloji prosesi olan şəxslər üçün robotik cərrahi əməliyyatlar əks-göstərişdir".


O qeyd edib ki, robotik cərrahi əməliyyatların qiyməti ənənəvi əməliyyatlarla müqayisədə daha yüksək olacaq. Bunun səbəbi isə sistemin yüksək maliyyətli olmasıdır və bu baxımdan qiymət fərqinin olması qaçılmazdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO