Tibbdə TARİXİ GÜN – Azərbaycanda ilk dəfə robotik əməliyyat İCRA olunub – FOTO

Tibbdə TARİXİ GÜN – Azərbaycanda ilk dəfə robotik əməliyyat İCRA olunub – FOTO

Hazırda oxunan: Tibbdə TARİXİ GÜN – Azərbaycanda ilk dəfə robotik əməliyyat İCRA olunub – FOTO

592152

“Robotik əməliyyat qan itkisini, ağrı hissi və əməliyyat sonrası ağırlaşmaların qarşısını almağa kömək edir”.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə bildirib.

Onun sözlərinə görə, robotik cərrahiyyə əməliyyatları urologiya, prostat xərçəngi, onkologiya, ginekologiya sahələrində geniş tətbiq edilə bilər.

O bildirib ki, robotik sistem heç bir qərar qəbul etmir, bütün əməliyyat cərrahın nəzarəti altında keçirilir:

“Sistem sensorlarla təchiz olunub. Nasazlıq baş verdikdə sistem dayanır və xəstənin, tibbi heyətin təhlükəsizliyi təmin edilir.

Əməliyyatlara rəhbərlik edən həkim heyəti xarici ölkələrdə müvafiq təlimlər keçib, tam hazırlaşıblar. Bu isə robotik əməliyyatların Beynəlxalq Standartlara uyğun icra olunmasına imkan verir".

Qeyd edək ki, bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyat icra olunub. Bu əməliyyət TƏBİB tabeli tibb müəssisələrində ilk dəfədir icra edilir.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO