Şərif Ağayar Rəşid Behbudov haqqında yazdıqlarına görə ÜZR İSTƏDİ - FOTO

Şərif Ağayar Rəşid Behbudov haqqında yazdıqlarına görə ÜZR İSTƏDİ - FOTO

Hazırda oxunan: Şərif Ağayar Rəşid Behbudov haqqında yazdıqlarına görə ÜZR İSTƏDİ - FOTO

592148

“Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi”.

Bizim.Media xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında yazıçı Şərif Ağayar yazıb.

O qeyd edib ki, fikirlərinin bu qədər geniş rezonans doğuracağını düşünməyib: “Fikirlərimin Rəşid Behbudovun ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam.

Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar. Hamınıza sayğılarla...”.

Qeyd edək ki, Şərif Ağayar bir neçə gün öncə yazdığı statusda bir neçə korifeyi, o cümlədən Rəşid Behbudovu səs tembrinə görə sərt tənqid, hətta təhqir etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO