Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bu barədə modern.az-a fakültədən bildirilib.
Məlumata görə, M.Mərdanov hazırda Ali riyaziyyat kafedrasının müdiri kimi fəaliyyət göstərir.
BDU-dan o da bildirilib ki, Mexaniki-riyaziyyat fakültəsində bir sıra kafedraların birləşdiriləcəyi və onların adlarının dəyişdiriləcəyi gözlənilir.
Misir Mərdanov 1998–2013-cü illərdə təhsil naziri, 2013–2025-ci illərdə isə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:01 / 22.01.2026
Misir Mərdanovun bu vəzifəyə təyinatı təsdiqləndi - FOTO
Hazırda oxunan: Misir Mərdanovun bu vəzifəyə təyinatı təsdiqləndi - FOTO
Hazırda oxunan: Misir Mərdanovun bu vəzifəyə təyinatı təsdiqləndi - FOTO
592141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































