Bakıda oğurluq edən qardaşlar tutuldu – ANBAAN VİDEO

Bakıda oğurluq edən qardaşlar tutuldu – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda oğurluq edən qardaşlar tutuldu – ANBAAN VİDEO

592137

Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki naməlum şəxs rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.

Nizami RPİ 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO