Onkoloji xəstələrin müalicəsi yalnız dövlət tibb müəssisələrində PULSUZ OLACAQ

Onkoloji xəstələrin müalicəsi yalnız dövlət tibb müəssisələrində PULSUZ OLACAQ

Hazırda oxunan: Onkoloji xəstələrin müalicəsi yalnız dövlət tibb müəssisələrində PULSUZ OLACAQ

592076

Azərbaycanda daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə təxirəsalınmaz onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.

Həmçinin, “Onkoloji yardım haqqında” qanuna da eyni məzmunda dəyişiklik təklif edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO