Naxçıvanın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Naxçıvanın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Hazırda oxunan: Naxçıvanın bəzi yerlərində İŞIQ OLMAYACAQ

592014

Yanvarın 22-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən Bizim.Media-ya bildirilib ki, bununla əlaqədar olaraq Araz SES-dən qidalanan 35 kV Nehrəm və 35 kV Hava limanı elektrik xətləri razılaşdırılmış sifariş əsasında açılacaq. 
 

Aparılacaq işlər səbəbindən Nehrəm qəsəbəsində, Araz, Ərəzin, Bənəniyar, Əbrəqunus, Saltaq, Milax, Ərəfsə, Ləkətağ , Kırna və Əlincə kəndlərində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.


Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir.

Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO