Yasamalda çoxmərtəbəli binada YANĞIN OLDU

Yasamalda çoxmərtəbəli binada YANĞIN OLDU

Hazırda oxunan: Yasamalda çoxmərtəbəli binada YANĞIN OLDU

592013

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının onüçüncü mərtəbəsində ümumi dəhlizin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində bir ədəd kombi avadanlığı yanıb.

Xəsarət alan olmayıb. Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO