Bakı Metropoliteni “Dayanıqlılıq Hesabatı”nı TƏQDİM ETDİ

Bakı Metropoliteni “Dayanıqlılıq Hesabatı”nı TƏQDİM ETDİ

Hazırda oxunan: Bakı Metropoliteni “Dayanıqlılıq Hesabatı”nı TƏQDİM ETDİ

592010

Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb.

"Bakı Metropoliteni" QSC-dən Bizim.Media-ya bildirilib ki, Qlobal Hesabat Təşəbbüsü (GRI) standartlarına uyğun tərtib olunan Hesabat müəssisənin dayanıqlı gələcəyə yönəlmiş fəaliyyətini əhatə etməklə yanaşı, şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, xidmət keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə (ESG) sahələrində görülən işlər öz əksini tapıb.

Şəhər nəqliyyatında dayanıqlılığın artırılması istiqamətində ardıcıl addımlar atan Bakı Metropoliteni sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsini və təhlükəsiz hərəkətin təminini əsas prioritet kimi müəyyənləşdirib. 2024-cü ildə Bakı metrosu 230 milyona yaxın sərnişinə xidmət göstərib.
 

Qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək metropoliten şəbəkəsinin genişləndirilməsi, xətlərin uzadılması və 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu addımlar paytaxtın ictimai nəqliyyat sisteminin daha səmərəli və dayanıqlı inkişafına xidmət edəcək.


Rəqəmsal transformasiya sahəsində əldə olunan nailiyyətlər çərçivəsində metropolitenin bütün stansiyalarında QR bilet əsaslı ödəniş sisteminin tətbiqi səfər prosesinin daha sürətli və rahat təşkilinə imkan yaradıb. Bu, xidmətlərin əlçatanlığının və istifadəçi yönümlülüyünün artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ətraf mühitə məsuliyyətli yanaşma və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində də mühüm irəliləyişlər əldə olunub.

Stansiyalarda müasir və qənaətli LED işıqlandırma sistemlərinin tətbiqi enerji istehlakının optimallaşdırılmasına və ekoloji həssaslığın gücləndirilməsinə töhfə verib.

GRI standartlarına uyğun sistemli hesabat çərçivəsinin qurulması Bakı Metropoliteni üçün mühüm institusional mərhələ olmaqla yanaşı, məlumatların toplanması və idarə olunması mexanizmlərinin təhlilinə imkan yaradıb, inkişaf potensialı olan sahələrin müəyyənləşdirilməsinə şərait formalaşdırıb.

Hesabatın tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO