Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Hazırda oxunan: Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

591969

Astana AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hələlik iki xarici laboratoriyadan aparılan tədqiqatların nəticələrini almayıb.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bildirib.
 

Onun sözlərinə görə, daxili razılaşma çərçivəsində modul tədqiqat materialları Rusiya və Azərbaycan tərəflərinə təqdim edilib, bundan sonra Bakı həmin materialları xarici ekspertlərə göndərib.


Nazir vurğulayıb ki, faciə ilə bağlı yekun hesabat yalnız xarici laboratoriyalardan bütün məlumatlar alındıqdan sonra dərc olunacaq.

O, həmçinin əlavə edib ki, avionika sisteminin ayrıca modul bloku ekspertiza üçün ABŞ-dakı istehsalçı-tərtibatçı şirkətə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO