Onkoloji xəstələrlə bağlı YENİ TƏKLİF – Pensiya kapitalından erkən istifadəyə icazə verilə bilər

Onkoloji xəstələrlə bağlı YENİ TƏKLİF – Pensiya kapitalından erkən istifadəyə icazə verilə bilər

Hazırda oxunan: Onkoloji xəstələrlə bağlı YENİ TƏKLİF – Pensiya kapitalından erkən istifadəyə icazə verilə bilər

591967

Azərbaycanda hər il onkoloji xəstələrin sayı artmaqda davam edir. Belə ki, son statistik rəqəmlərə görə, 2024-cü ildə ilk dəfə xərçəng diaqnozu qoyulmuş xəstələrin sayı 15 164 nəfər olub. Bu rəqəm 2023-cü ildə 13 666 idi.
 

Ölkəmizdə icbari tibbi sığorta ilə əhatə olunan dövlət proqramlarının tərkibində isə onkoloji xidmət yoxdur.


Bu xəstəliyin müalicəsində istifadə edilən dərman və digər müalicə üsullarının qiyməti kifayət qədər yüksəkdir və sözsüz ki, hər kəsin cibinə, maddi durumuna uyğun deyil.

Maraqlıdır ki, bu xəstəliklə mübarizə aparan şəxslərin pensiya kapitalından daha erkən istifadəsinə icazə verilə bilərmi?

Milli Məclisin deputatı Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələyə gələcəkdə qanunvericilikdə də baxıla bilər:
 

“Əslində bu cür xəstələrə pensiya kapitalından istifadə eləmək imkanı verilməlidir. Çünki insanın bir neçə il ömrü, ya bir neçə ay ömrü qalır. Ona görə də niyə bunu istifadə eləməsin? Onlara bununla bağlı həkim rəyi olduqdan sonra elə bir problem olmaz.


Buna gələcəkdə qanunvericilikdə də baxıla bilər.  Bu, insan həyatı ilə bağlı məsələ olduğu üçün insanın haqqıdır ki, kapital formasında yerləşdirdiyi vəsaiti öz sağlamlığı üçün xərcləsin”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO