Cəbrayılın Horovlu kəndindən maraqlı QIŞ FOTOLARI

Cəbrayılın Horovlu kəndindən maraqlı QIŞ FOTOLARI

Hazırda oxunan: Cəbrayılın Horovlu kəndindən maraqlı QIŞ FOTOLARI

591940

Cəbrayıl rayonunun Horovlu kəndindən maraqlı fotolar çəkilib.

Bizim.Media xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən lentə alınan görüntülərdə sakinləri yenicə qayıdan kəndin ağ örpəyə büründüyü əks olunur.

Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışı 2025-ci il oktyabrın 28-də olub..

İlk mərhələdə Horovlu kəndinə 37 ailə (160 nəfər) köçürülüb. Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub.
 

Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.


Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib, su kəhrizləri bərpa edilib.

Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO