Bakı-Şamaxı avtomobil yolunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
Məlumata görə, yük avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış bir neçə avtomobilə çırpılıb. Nəticədə avtomobillərdən biri supermarketə dəyib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) oxu.az-a fakt təsdiqlənib.
Bildirilib ki, hadisə Bakı-Şamaxı yolunun 18.3-cü kilometrliyində saat 22:45-də baş verib.
"Qadir Vəlican oğlu Zaidov DAF markalı, 01-CD-770 dövlət nömrə nişanlı yük avtomobilinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanmış 99-OG-980 dövlət nömrə nişanlı "Opel", 99-QT-506 dövlət nömrə nişanlı "Ravon", daha sonra isə 90-YK-749 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobillərə, zərbənin təsirindən "Toyota" markalı avtomobil isə supermarketə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:40 / 21.01.2026
Bakı-Şamaxı yolunda yük maşını avtomobillərə çırpıldı – VİDEO
Hazırda oxunan: Bakı-Şamaxı yolunda yük maşını avtomobillərə çırpıldı – VİDEO
Hazırda oxunan: Bakı-Şamaxı yolunda yük maşını avtomobillərə çırpıldı – VİDEO
591901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































