Bu ərazidən EV ALMAYIN: Paytaxtın problemli yaşayış massivi

Bu ərazidən EV ALMAYIN: Paytaxtın problemli yaşayış massivi

Hazırda oxunan: Bu ərazidən EV ALMAYIN: Paytaxtın problemli yaşayış massivi

591628

Albalı bağlar yaşayış massivində yaşayan sakinlər uzun müddətdir məişət problemləri ilə üz-üzə qalıblar.

Bizim.Media xəbər verir ki, onların sözlərinə görə, ərazidə nə kanalizasiya infrastrukturu mövcuddur, nə də içməli su xətti çəkilib.

Bundan başqa, yaşayış massivində küçə işıqlandırması və məişət tullantıları üçün konteynerlər də quraşdırılmayıb.
 

Sakinlər bildirirlər ki, azacıq yağıntı yağan kimi yollar tamamilə yararsız hala düşür. Xüsusilə məktəbə gedən uşaqlar üçün vəziyyət daha çətin olur. Valideynlər deyirlər ki, palçıq və çökəkliklər səbəbindən övladları hər gün risk altında evdən çıxır.


Digər sakinlər isə qeyd edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günədək problemlə maraqlanan olmayıb. Onların əsas tələbi əraziyə içməli suyun çəkilməsi, zibil qutularının yerləşdirilməsi və normal yaşayış şəraitinin yaradılmasıdır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qurumun mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastrukturun qurulması və subasma hallarının qarşısının alınması məqsədilə tikinti-quruculuq işləri aparılır:

"Sözügedən ərazidə də tullantı su təchizatı mərhələli şəkildə qurulacaq".

Sıradan çıxan yolların nə zaman düzəldiləcəyi, ərazinin işıq dirəkləri və zibil konteynerləri ilə təmin olunması məsələsi ilə bağlı isə Sabunçu Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağada da qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.
 

Bildirilib ki, Maştağa qəsəbəsi, 49-cu Maştağa küçəsində yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub.


Həmçinin küçə işıqlarının quraşdırılması ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinin Sabunçu təmir-bərpa sahəsinə, məişət tullantılarının atılması üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi üçün isə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məlumat verilib. (Mənbə: milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO