Salyan rayonu ərazisində yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media





























































































