Suraxanıda 9 kq narkotik AŞKARLANDI - VİDEO

Suraxanıda 9 kq narkotik AŞKARLANDI - VİDEO

Hazırda oxunan: Suraxanıda 9 kq narkotik AŞKARLANDI - VİDEO

591612

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi ərazisində baş tutan tədbir zamanı 32 yaşlı İvan Kislyakov saxlanılıb.
 

Ondan 5 büküm ümumi çəkisi 9 kiloqram 450 qram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb.


Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO