2025-ci ildə ölkədə təhsil alan əcnəbi tələbələrin SAYI – Ən çox bu ölkələrdən olub

2025-ci ildə ölkədə təhsil alan əcnəbi tələbələrin SAYI – Ən çox bu ölkələrdən olub

Hazırda oxunan: 2025-ci ildə ölkədə təhsil alan əcnəbi tələbələrin SAYI – Ən çox bu ölkələrdən olub

591581

2025/2026-cı tədris ilinin əvvəlinə ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 115 xarici ölkədən 8,8 min nəfər tələbə təhsil alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əcnəbi tələbələrin sırasında Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikası, Pakistan, Hindistan, Suriya Ərəb Respublikası, Qazaxıstan və Çin vətəndaşları üstünlük təşkil edib.
 

Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı isə1045 nəfər təşkil etmişdir. Xaricdə təhsil alan gənclərin 37,4 faizi Bakı şəhərində, 62,6 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.


Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Çin və Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO